...İtaliyanın Camal Studio dizayn studiyası Britaniyanın klassik idman avtomobili Caterham Seven-in Scoperta adlı unikal şərhini təqdim edib.
SİA-nın məlumatına görə, yeni versiya orijinal modelin dinamikasını qoruyub saxlayır, lakin 1950-60-cı illərin klassiklərindən ilhamlanan canlı italyan üslubunu əldə edib.Camal Studio dizaynerləri Caterham Seven-in görünüşünü kökündən dəyişiblər. Hamar xətləri və aydın əyriləri olan uzun kapot avtomobilin idman xarakterini vurğulayır.
Dairəvi LED optikaları, yanlardakı egzoz boruları və dəbli arxa güzgülər Scoperta-nı daha da unikal edir.
Baqajın qapağında üç kəmərlə bərkidilmiş ehtiyat təkər var. Scoperta kabinəsi oval formada hazırlanmışdır.
Alət paneli mərkəzi konsoldan yuxarı qalxır və üfüqi şəkildə yerləşdirilmiş rəqəmsal spidometr və takometrdən ibarətdir. Üçmilli sükan, karbon lif aksentləri və xüsusi başlıqlar premium idman avtomobilinin görünüşünü tamamlayır.
Scoperta-nın kapotu altında 240 at gücü hasil edən 2,0 litrlik Ford Duratec mühərriki var. O, 5 pilləli mexaniki transmissiya ilə birləşdirilib. Camal Scoperta hələlik konsept olaraq qalır, lakin şirkət avtomobilin kütləvi istehsala hazır olduğunu iddia edir. Sportkarın qiyməti təxminən 150 000 avro təşkil edəcək.
Nazlı Almuradova