AZ

Ayağı bir neçə yerdən sınan "Turan Tovuz"un futbolçusu mövsümü erkən başa vura bilər

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ayağı bir neçə yerdən sınan "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi mövsümü erkən başa vura bilər.

Bu barədə "Report"a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verib.

O, "Sabah"la matçın 21-ci dəqiqəsində rəqib oyunçu ilə girdiyi mübarizədə zədələnən futbolçunun dərhal təcili tibbi yardım maşını ilə Gəncəyə aparıldığını bildirib:

"Marandiçi Gəncədəki özəl klinikalardan birinə aparıldı. İlkin müayinədən sonra onun ayağının bir neçə yerdən sındığı müəyyən edildi. Ayağına gips qoyulub və oradan da əməliyyat üçün Bakıya göndəriləcək. Böyük ehtimalla sabah və ya o biri gün əməliyyat olunacaq. Gedişat onu göstərir ki, futbolçumuz mövsümü erkən başa vura bilər".

Qeyd edək ki, moldovalı futbolçunun ayağı Pavol Şafrankonun hücumunun qarşısını almağa çalışarkən sınıb. "Turan Tovuz" - "Sabah" oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.

Seçilən
19
9
far.az

10Mənbələr