"Real Madrid"in qapıçısı Tibo Kurtua karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, “Real” öz qapıçısını buraxmaq istəmir və belçikalı özü də Madriddə xoşbəxtdir.
Bununla belə, Səudiyyə klublarının 32 yaşlı Kurtua üçün ciddi məbləğdə pul ödəməyə hazır olduğu və bunun da vəziyyəti dəyişə biləcəyi qeyd edilir.
Bu mövsüm Kurtua bütün turnirlər daxil olmaqla 15 oyun keçirib, 12 qol buraxıb və altı dəfə qapısını toxunulmaz saxlaya bilib. Qapıçının "Real"la müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Transfermarkt mütəxəssisləri belçikalının dəyərini 25 milyon avro qiymətləndirib.