"Turan Tovuz" - "Sabah" oyununda ağır zədə alaraq oyunu tərk edən Denis Marandiçinin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi mətbuat xidməti vasitəsilə moldovalı müdafiəçinin son vəsiqqəyi barədə açıqlama yayıb:
"Turan Tovuz" - "Sabah" oyununda ağır zədə alaraq oyunu tərk edən futbolçumuz Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zədəsi ağır olduğundan Denis Marandiçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb. Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək".