Rusiyanın Yakutiya bölgəsinə asterid düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Yakutiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Asteroid atmosferin üstündən keçdi. Əhalinin həyatına heç bir təhlükə yoxdur”, - deyə bildirilib.
Asteroid yerli vaxtla saat 01:14-də atmosferin üstündən keçib. Olekminski və Lenski rayonlarının sakinləri onu görə biliblər.
Onun ölçüsü, müxtəlif hesablamalara görə, 0,5 ilə 2 m arasında dəyişib.