AZ

Dünya çempionu karyerasını başa vurur

Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti 31 yaşında futbolçu karyerasını başa vurmağa yaxındır.

90deqiqe.Az-ın “Diario SPORT”a istinadən məlumatına görə, futbolçunun dizindən əməliyyat olunduqdan sonra nə vaxt futbol meydanına qayıda biləcəyi ilə bağlı hələlik heç bir məlumat yoxdur. Umtitinin ümumiyyətlə böyük futbola qayıdacağına heç bir zəmanət yoxdur.

Futbolçunun hüquqları "Lill"ə məxsusdur; onun "Buldoqlar"la müqaviləsi cari mövsümün sonuna qədərdir.

Transfermarkt portalı oyunçunu cəmi 2,5 milyon avro qiymətləndirir. Umtiti karyerası ərzində "Barselona" və "Leççe"də də oynayıb və Fransa millisində 31 oyun keçirib.

Seçilən
32
44
90deqiqe.az

10Mənbələr