AZ

Ərdoğan Əsədə tələblərini ÇATDIRDI - Əsəd vasitəçilərdən yardım istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraq Baş naziri Məhəmməd Şiya Sudani arasında baş tutmuş telefon danışığı Suriya ilə bağlı ciddi geosiyasi məsələləri gündəmə gətirib.

Musavat.com xəbər verir ki, danışıqlarda Türkiyənin əsas prioritetləri, o cümlədən sərhədlərdə sabitliyi qorumaq, PKK terror təşkilatına qarşı mübarizə və Suriyada təhlükəsizlik zonası yaratmaq məsələləri vurğulanıb. Ekspertlər hesab edirlər ki, Ərdoğan bu mesajlarla Bəşər Əsədə dolayı tələblər çatdırır.

Türkiyə lideri həmçinin Suriya hökumətinin şimaldakı hadisələri həll etmək üçün real siyasi proseslərdə iştirak etməsinin vacibliyini qeyd edib. Əsədin əvvəllər Türkiyə ilə birbaşa görüşlərə yanaşmadığı, lakin hazırda vasitəçilərdən yardım xahiş etdiyi bildirilir. Hələbdə və İdlibdə baş verən son qarşıdurmalar və hərbi bazaların müxalif qruplar tərəfindən ələ keçirilməsi bu vəziyyəti daha da mürəkkəbləşdirib​. 

 
Musavat.com
Seçilən
25
1
musavat.com

2Mənbələr