AZ

2024-cü il üçün dünyanın 100 ən nüfuzlu qadını elan edilib - BBC-nin reytinq cədvəli

"Modelyer Yasmin Myallinin yaratdıqları həyata və Fələstin ənənələrinə bağlılıqdan qaynaqlanır..."
 
Britaniyanın BBC radioyayım korporasiyası 2024-cü il üçün dünyanın 100 ən nüfuzlu qadınının reytinqini dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Siyahıda Beynəlxalq Kosmik Stansiyada "ilişib qalan" astronavt Sunita Uilyams, dəfələrlə zorlanmaya məruz qalmış fransız qadını Jizel Peliko, amerikalı aktrisa Şeron Stoun və bir çoxları, o cümlədən iki ukraynalı, dörd fələstinli və iki israilli qadın yer alıb.
 
Siyahı ənənvi olaraq beş kateqoriyaya bölünüb, bunlar iqlim dəyişikliyi ilə mübarizə, mədəniyyət və  təhsil, şou-biznes və idman, siyasət və fəallıq, habelə elm, səhiyyə və texnologiya kateqoriyalarıdır.
 
Reytinq cədvəlində iki ukraynalı qadın yer alıb, bunlar Lvovdakı "Superhumans Center" Mərkəzinin direktoru Olqa Rudneva və fermer Olqa Olefirenkodur.
 
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Olqa Rudneva hiss edib ki, müharibədə yaralananlara kömək etmək üçün nəsə etməlidir. Bir çoxlarının döyüş meydanında ətraflarını itirən insanları qurban hesab etdiklərinə rəğmən, Rudneva üçün onlar kömək edə biləcəyi "fövqəlinsanlar" olub, - BBC qeyd edib.
 
Rudnevanın başçılıq etdiyi Mərkəz pasiyentlər üçün protezlər hazırlayır, bu yaxınlarda isə Reabilitasiya Mərkəzi açıb. İlk iki illik fəaliyyəti müddətində onun xidmətlərindən min nəfərdən çox adam istifadə edib.
 
Olqa Olefirenko 2015-ci lldə Donetsk vilayətində ön cəbhədə həlak olan ukraynalı müdafəçinin qızıdır. Atasının ölümündən sonra o, onun arzusunu həyata keçirməyə və ferma yaratmağa qərar verib, lakin maliyyə çətinlikləri səbəbindən bütün heyvanları satmağa məcbur olub. 2023-cü ildə o, Ukrayna Veteranlar Fondundan maliyyələşməyə sorğu vermək üçün biznes-plan tərtib edib və uğur qazanıb.
 
Reytinq cədvəlində bir fələstinli qadın eyni zamanda iki kateqoriyada-elm və iqlimdə qeyd edilib. Bu, Qəzza bölgəsinin sakini mühəndis-aqronom Enas Əl-Güldür.
 
"O, emal edilmiş materiallardan-ağac, şüşə və brezentdən istifadə edərək dəniz suyunu içməli suya çevirə bilən Günəş enerjisilə işləyən təmizləyici qurğu yaradıb. O zamandan bu qurğu Qəzza bölgəsinin cənubunda Xan-Yunis rayonunda çadırlarda yaşayan bir çox insanlar üçün xilasedici dairə olub, çünki su təchizatı və sanitariya obyektləri İsrailin hərbi əməliyyatları nəticəsində zədələnib və ya dağıdılıb", - BBC məlumat verib.
 
Bundan başqa, Əl-Gül həmçinin Günəş batareyası ilə işləyən plitə yaradıb və emal edilmiş materiallardan matras və çanta kimi əşyalar düzəltməyi öyrənib.
 
Qəzzadan daha bir fələstinli qadın, pediatr Şirin Abed elmi-texnoloji kateqoriyada qeyd edilib.
 
"İsrailin aviasiya zərbələri və resursların kəskin qıtlığı Şirin Abedə Qəzzada yeni
doğulmuş körpələrə qayğı göstərməyə mane olmayıb. O, tibb işçilərinə son dərəcə məhdud resurslarla həyatı əhəmiyyətli yardım göstərməyə imkan verən təxirəsalınmaz yardım göstərilməsi protokolları işləyib hazırlayıb, həmçinin digər həkimləri də buna öyrədib", - BBC yazıb.
 
Reytinqi tərtib edənlər qeyd edir ki, ağır şərait ucbatından Abed bu ilin əvvəlində bölhəni tərk edib və ucqar yerlərdə həkimlərə kömək etməkdə davam edir.
 
"Mədəniyyət və təhsil" kateqoriyasına eyni zamanda iki fələstinli düşüb, bunlar Qəzza bölgəsindən jurnalist və şairə Plestiya Alakad və Ramallahdan olan modelyer Yasmin Myallidir.
 
Birinci xanım HƏMAS-la müharibə başlanandan sosial şəbəkələrdə fələstinlilərin müdafiəsində aktiv fəaliyyət göstərib. Yaxın zamanlarda Alakad öz postları əsasında "Qəzzanın gözləri" adlı xatirələrini dərc edəcək. 2023-cü ilin noyabrında jurnalist Qəzzadan gedib, çünki Beyrutla media-tədqiqatlar üzrə magistraturada təhsil almaq üçün stipendiya alıb.
 
İkinci qadın barədə BBC yazıb: "Modelyer Yasmin Myallinin yaratdıqları həyata və Fələstin ənənələrinə bağlılıqdan qaynaqlanır". Bu fələstinli qadın Amerikanın cənubunda böyüyüb və 2020-ci ildə Ramallaha gəlib.
 
"Mədəniyyət və təhsil" kateqoriyasına israilli qadınlardan dini fəal Anat Hoffman daxil edilib. O, iudaizmdə gender bərabərliyi və dini plüralizmə tərəfdardır. 
 
Daha bir israilli indiyədək  HƏMAS girovluğunda olan Matan Zanqaukerin anası Eynav Zanqaukerdir. "O, daima diqqəti girovlarla bağlı böhrana cəlb edir, dünya liderlərini hərəkərə səsləyir və ictimaiyyəti həftəlik nümayişlərə toplayır. Zanqauker İsrail hökumətini girovların evlərinə dönməsi üsullarını tapmamaqda kəskin tənqid edir", - BBC yazıb.
 
Siyahıda daha bir qadın həm yəhidi dövləti, həm də fələstin ərazilərinin sakini kimi təqdim edilib. Bu, Daniel Kantordur, o, İordan çayının hər iki sahilində insan haqlarının pozulmasını izləyir, habelə nümayişlərdə iştirak edərək Yaxın Şərqdə dərhal atəşkəsə və sülh sazişinin bağlanmasına çağırış edir.
Seçilən
9
1
moderator.az

2Mənbələr