AZ

"COVİD-19 Çinin Uhan laboratoriyasında yaradılıb və təsadüfən yayılıb" - ABŞ Konqresindən yeni hesabat

"Çinlilər mutant virus yaratmağa cəhd edib və təəssüf ki, buna nail olub..."
 
"Sosial məsafə və maskaların səmərəliliyi elmi cəhətdən təsdiq edilməyib, uzummüddətli lokdaun isə Amerika iqtisadiyyatına, amerikalıların fiziki və psixi sağlamlığına ölçüyəgəlməz ziyan vurub..."
 
COVİD-19 ağır respirator xəstəliyini törədən SARS-CoV-2 koronavirusu Çin laboratoriyasında yaradılıb və bu laboratoriyanın əməkdaşları tərəfindən bioloji təhlükəsizlik texnikası qaydalarının pozulması səbəbindən xarici aləmə yayılıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin nəzarət və hesabat üzrə Komitənin koronavirus pandemiyası üzrə alt komitəsinin yeni hesabatında deyilir. Məlumatı "daily.afisha.ru" nəşri yayıb.
 
Amerikalıların məlumatına görə, Uhan Virusologiya İnstitutunun əməkdaşları virusların fuksiyalarının gücləndirilməsi üzrə təcrübələr aparıb, o cümlədən onların genetik modifikasiyası ilə məşğul olub. Bu zaman bioloji təhlükəsizlik qaydaları pozulub. Maraqlıdır ki, Uhan laboratoriyası nə zamansa ABŞ-dan qrantlar alıb.
 
Hesabatda qeyd edilir ki, SARS-CoV-2 virusu təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malikdir. Amerikalılar həmçinin vurğulayır ki, təbii pandemiyaların bir neçə yayılma ocaqları var, amma COVİD-19 pandemiyasının bir ilkin ocağı Uhan şəhərində olub.
 
Hesabatda həmçinin xatırladılır ki, Uhan Virusologiya İnstitutunun əməkdaşları pandemiyanın rəsmən başlamasından bir neçə ay öncə "COVİD-19"-a bənzəyən hansısa infeksiyaya yoluxub. 
 
Koronavirusun mənşəyi barədə mübahisələr
 
Sentyabr ayında "The Cell" elmi jurnalı koronavirusun mənşəyi barədə yeni tədqiqatın nəticələrini dərc edib. Müəlliflər bu nəticəyə gəlib ki, virusun ilk yayılma ocağı Uhan şəhərində heyvanlar bazarı olub. Virusun yayılmasında əsas şübhəli bilinən oradakı yenotabəzər itlər hesab edilib.
 
Lakin digər mütəxəssislər bu tədqiqatın nəticələri ilə razılaşmayıb. Onlar qeyd edib ki, indiyədək koronavirusun mənşəyinin yenotabənzər itlər olması barədə tutarlı elmi sübutlar yoxdur, jurnalda dərc edilən məqalədəki bu iddialar son dərəcə mübahisəlidir.
 
O cümlədən müəlliflər onda ittiham edilib ki, virusun "mənşəyi" məhz diqqətlə axtarılan yerdə "tapılıb", digər potensial yerlər, o cümlədən Uhan laboratoriyası görməzdən gəlinib.
 
Yeni hesabatda "COVİD-19" pandemiyasının nəticələrinin yumşaldılması üzrə tədbirlər tənqid edilir. O cümlədən sosial məsafənin və maskaların səmərəliliyi elmi cəhətdən təsdiq edilməyib, uzunmüddətli lokdaun isə Amerika iqtisadiyyatına, amerikalıların fiziki və psixi sağlamlığına ölçüyəgəlməz zərər vurub.
 
"The Hill" nəşri qeyd edir ki, bir neçə təqdiqat eyni zamanda göstərib ki, ictimai yerlərdə maska gəzdirilməsi respirator virusların yayılmasının azaldır. Bu zaman qeyd edilir ki, maskalar xəstəliyin yayılmasının qarşısını almaq üçün yeganə tədbir olmamalıdır.
 
CNN telekanalı qeyd edib ki, Amerikanın əksəriyyət kəşfiyyat agentlikləri koronavirusun genetik mödifikasiya edildiyini hesab etmir. ABŞ-ın heç bir federal agentliyi virusun bioloji silah kimi yaradılmasını hesab etmir.
 
ABŞ Kəşfiyyatının ötənilki hesabatında deyilir ki, virus həm laborator, həm də təbii mənşəli ola bilər. Bu zaman əksəriyyət alimlər ikinci versiyaya meyllənir
Seçilən
10
moderator.az

1Mənbələr