İspaniya La Liqasında 19-cu turun bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, “Malyorka” “Barselona”nı qəbul edib.
"Blauqrana" bu qarşılaşmada meydan sahiblərini 4 top fərqi ilə yenib.
Bu qələbə sayəsində xallarının sayını 37-yə çatdıran Kataloniya komandası La Liqanın turnir cədvəlində vahid liderdir.
19-cu turun daha bir oyunu dekabrın 4-də, qalanı isə 2025-ci ilin yanvarında keçiriləcək.
İspaniya La Liqası
19-cu turun oyunu
3 dekabr
Malyorka – Barselona 1:5
Qollar: Muriqi, 43 – Torres, 12. Rafinya, 56-pen; 74. De Yonq, 79. Viktor, 84.