Filippinin Luzon adasında 5,7 bal gücündə zəlzələ baş verib.
OXU24.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 18:54-də (Bakı vaxtı ilə 22:54) Laoaq şəhərindən 46 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 70 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.