Jirinovskinin qızı deputat olacaq
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) yaradıcısı Vladimir Jirinovskinin qızı Anastasiya Botsan-Xarçenko 2026-cı ildə Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın namizədləri siyahısına daxil ediləcək.
Reyting.az xəbər verir ki, bunu “Kommersant”a Dövlət Dumasında LDPR fraksiyası rəhbərinin müavini Stanislav Naumov deyib.
Onun sözlərinə görə, Anastasiya partiyanın seçkiqabağı siyahısında faktiki olaraq birinci yerdədir. Qeyd olunur ki, siyahıda ikinci yeri LDPR-in rəhbəri Leonid Slutski tuta bilər.
E. KAMAL