AZ

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yazılan protokolla bağlı qərar verildi

Qaradağ Rayon Məhkəməsində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən qurum cərimələnib.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

 

Xəyal Quliyev

Tarix: 4 Dekabr 2024, 08:13   
Seçilən
14
pravda.az

1Mənbələr