AZ

Bu günü yaşamaq bir yuxudur - Şuşa sakini

“Bu günü yaşamaq bəlkə də bir yuxudur, heç düşünməzdim ki, bu günü yaşayacayıq. Doğrudur, içimdə bir ümid qığılcımları vardı, amma tez-tez yanıb, sönürdü. Amma bu bizə qismət oldu, yaşadıq. Baxın, 82 yaşında anam gedir - şəhid anası. Yaşına, acılarına baxmayaraq böyük qürur hissi onu Şuşaya getməyə təhrik edir”.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Mətanət İbrahimova deyib.

 

O qeyd edib ki, Böyük Qayıdışın gerçəkləşməsində, sürətlənməsində hər bir vətəndaşın rolu, eyni zamanda, borcu var və gərək hər bir kəs bu vətən borcunu yerinə yetirsin.

Seçilən
20
2
modern.az

3Mənbələr