ABŞ-da qanunsuz silah saxlama ittihamı ilə Hunter Baydenə qarşı iş bağlanıb
Associated Press (AP) yazır ki, ABŞ-da prezident Co Baydenin oğlu Hunterə qarşı qanunsuz silah saxlamağa görə cinayət işi bağlanıb.Agentliyin məlumatına görə, kiçik Bayden qanunsuz silah saxlama cinayət işi üzrə 25 ilə qədər həbs cəzası ilə üzləşib.
"Federal hakim, prezident Co Baydenin oğlu üçün əfv elan edilməsindən sonra çərşənbə axşamı Hunter Baydenə qarşı silah işini rədd etdi" dedi.Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hunteri əfv etmək qərarı onun Demokratik Partiya üzvlərini əsəbləşdirib, çünki onlar respublikaçı Donald Trampın seçkilərdəki qələbəsindən sonra hələ özlərinə gəlməyiblər.Keçmiş Ağ Ev rəsmilərindən biri kanala deyib ki, Bayden administrasiyasına yaxın olan hər kəs prezidentin belə bir qərar qəbul etmək niyyətini bilirdi, lakin nədənsə guya hər şey fərqli idi.
Dekabrın 2-də Bayden əvvəllər qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlu Hunter Baydenin əfv edilməsi haqqında fərman imzalayıb.
aia.az
Tərcümə şöbəsi