AZ

Türkiyə Suriyadakı böhranın həllində mərkəzi rola malikdir - Almaniya XİN

Suriyadakı vəziyyətlə bağlı Türkiyənin mövcud böhranla mübarizədə mərkəzi rolu var.

Redaktor.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Berbok Suriyada mülki əhalinin və azlıqların müdafiəsinin əsas prioritet olması lazım olduğunu vurğulayıb.

O, həmçinin Ukraynadakı müharibəyə də toxunaraq qeyd edib ki, NATO belə fırtınalı vaxtlarda təhlükəsizlik "lövbəridir”.

"Bu, Avropanın təhlükəsizliyi, NATO-nun şərq cinahının qorunması və Ukraynanın siyasi, iqtisadi və hərbi dəstəyi üçün vacibdir. Biz Baltik dənizində əlavə gəmilərlə NATO-nun şərq cinahını gücləndiririk", - deyə o vurğulayıb.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
29
redaktor.az

1Mənbələr