AZ

Putin Ərdoğandan nə istədi?

Suriyada başlayan və sürətlə davam edən qarşıdurmalar Türkiyənin də diqqətindən yayınmayıb. Rusiya bölgədə t*rrorla ən güclü mübarizə aparan ölkələrdən biri olan Türkiyədən də bununla bağlı yardım istəyib.

News24.az xəbər verir ki, Ərdoğan Putinlə Suriyada getdikcə şiddətlənən münaqişələrlə bağlı telefon danışığı aparıb. Prezident Rabitə Müdirliyindən görüşlə bağlı verilən açıqlamada Türkiyə-Rusiya münasibətləri, Suriyadakı son hadisələr, qlobal və regional mövzuların müzakirə edildiyi bildirilib.

Ərdoğan Putinə bildirib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir. Eyni zamanda Suriyada ədalətli və qalıcı həll üçün səy göstərir. Regionda diplomatiya üçün daha çox yer açılmasının vacib olduğunu və bu prosesdə Suriya hökumətinin siyasi həll prosesində iştirak etməsi lazım olduğunu ifadə etdiyi bildirilib.

Ərdoğan görüşdə Türkiyənin Suriyadakı son hadisələrdən faydalanmağa çalışan t*rror təşkilatı P*K və onun uzantıları ilə mübarizədə qətiyyətli mövqeyini davam etdirəcəyini vurğulayaraq, Türkiyənin əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etdiyini bildirib. 

Qeyd edək ki, CNN Türk-ün ABŞ nümayəndəsi Yunus Paksoy Prezident Ərdoğanla Putinin görüşü ilə bağlı Rabitə Müdirliyindən verilən açıqlamada qeyd olunmayan mühüm detalı paylaşıb. Paksoy Kremlə əsaslanan yazısında iddia edib ki, Putin görüş zamanı Ərdoğana “t*rror qruplarının Suriya hökumətinə qarşı təcavüzünün ən qısa zamanda dayandırılması lazımdır” deyib.

Günel Məlikzadə


Seçilən
34
news24.az

1Mənbələr