AZ

Özəl sektorda gəmiçilərin maaşı - 300 MANAT AZALIB

2024-cü ilin III rübündə su nəqliyyatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 231,4 manata çatıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Bu 2023-ci ilin eyni dövrü ilə müqayisədə müqayisədə 46,6 manat və ya 2,1% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 184,8 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 158,3 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 101,8 manat və ya 5% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 671,8 manat olub. Bu da illik müqayisədə 301 manat və ya 10,1% azdır.

Seçilən
25
fed.az

1Mənbələr