AZ

44 yaşlı qadının qarnından qayçı çıxdı

Hindistanın mərkəzi Madhya Pradeş ştatında həkimlər davamlı qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 44 yaşlı Kamla Bai adlı qadının mədəsində qayçı aşkar ediblər.

KONKRET.az xəbər verir ki, həkimlər  xəstəni  iki il əvvəl əməliyyat edən zaman qayçını unudublar. Kompüter tomoqrafiyası göstərib  ki, bütün bu müddət ərzində Kamla qayçını bədənində daşıyıb. Dəfələrlə ciddi  ağrı səbəbindən xəstəxanaya  şikayət edən pasient müxtəlif diaqnostik testlərdən keçib. Kamlanın ailəsi onu əməliyyat edən həkimləri məhkəməyə verib. Eyni zamanda, klinika əməkdaşları hadisə ilə bağlı tam hesabatın tərtib edilərək əlavə baxılması üçün səlahiyyətli orqanlara göndəriləcəyini  bildiriblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr