AZ

Gürcüstanda hakim partiyanın sədri də postundan gedir – “O, deputat mandatından da imtina edəcək”

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili siyasətdən gedir və o, bundan sonra bizneslə məşğul olacaq. 

Missiya.Az “Qruziya Online”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Piriveli” telekompaniyası məlumat yayıb. 

Məlumata görə, partiyanın liderləri Qaribaşviliyə rəsmi olaraq komandada qalmağı təklif edir və hazırkı etirazlar fonunda açıqlama verməməyi xahiş edirlər. 

“Xatırlatmaq istərdik ki, baş nazir vəzifəsindən azad edildikdən sonra İrakli Qaribşvili “Gürcü Arzusu” partiyasının sədri vəzifəsinə keçib. Lakin o, partiyanın fəaliyyətində iştirak etməyib və yalnız seçki kampaniyalarında çıxış edib. Qeyd edək ki, , İrakli Qaribaşvili müxalifətin qeyri-legitim elan etdiyi parlamentin ilk iclasında iştirak edib, ondan sonra bir daha meydana çıxmayıb. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib ki, Qaribaşvili mandatından da imtina etməyə hazırlaşır. 

ElcanMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr