Bakı. Trend:
Mərkəzi Asiya Fintex Assosiasiyası və Azərbaycan BanklarAssosiasiyası tərəfdaşlıq və əməkdaşlıq haqqında müqaviləninimzalanması üzrə danışıqlar aparır.
Bu barədə Trend-ə MərkəziAsiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov VIII BeynəlxalqBankçılıq Forumunun kuluarlarında bildirib.
"Fintexin və Azərbaycan bazarının, o cümlədən ənənəvi banklarıəhatə edən maliyyə xidmətləri sektorunun inkişafında böyükperspektivlər görürəm. İki həftə əvvəl Azərbaycan Mərkəzi Bankınınnümayəndəsinin, bürokratik maneələrin aradan qaldırılması üçün fəalişlərin aparıldığını vurğuladığı bir məqaləni böyük məmnuniyyətləoxudum. Bu, xarici oyunçular, o cümlədən fintex şirkətləri üçünbazara daxil olmaq imkanlarının yaradılmasını hədəfləyir. Həmçinin,həmin məqalədə Azərbaycan Mərkəzi Bankının rəqabəti artırmaqdamaraqlı olduğunu göstərən açıq bir mesaj səsləndirildi. Bu yanaşma,əslində, xarici fintex şirkətlərinə ölkəyə gəlmək, burada ödəniştəşkilatları açmaq, müxtəlif xidmətlər təklif etmək və yeniməhsullar hazırlamaq üçün bir dəvətdir", – deyə sədr bildirib.
Onun sözlərinə görə, rəqabət iqtisadiyyatın əsas hərəkətvericiqüvvəsidir.
"Şadam ki, Azərbaycan Mərkəzi Bankı da bu fikri bölüşür.Forumdan gözləntilərimə gəldikdə isə, Azərbaycan BanklarAssosiasiyası ilə uzunmüddətli dostluğumuzu nəzərə alaraq, yaxınvaxtlarda tərəfdaşlıq və əməkdaşlıq haqqında müqaviləimzalayacağımıza inanıram. Bu müqavilə fintex iştirakçılarına vəənənəvi banklara dəstək, həmçinin Mərkəzi Asiyanın fintex bazarı vəmaliyyə xidmətləri sektoru iştirakçıları ilə müxtəlifplatformalarda təcrübə və fikir mübadiləsi üçün əsas yaradacaq.Bildiyiniz kimi, pandemiyadan sonra Mərkəzi Asiya bazarı, xüsusiləfintex və elektron ticarət sahəsində sürətli inkişaf nümayişetdirir. Əminik ki, Mərkəzi Asiyada tətbiq etdiyimiz bir çox uğurluhəllər Azərbaycanın bazarına uyğunlaşdırılaraq burada uğurla tətbiqoluna bilər", – deyə O.Nasırov əlavə edib.
O, vurğulayıb ki, bu, istehlakçılara həyatlarını asanlaşdıranyeni həllər təklif etməyə və korporativ müştərilər üçün faydalıməhsullar yaratmağa imkan verəcək.
"Əminəm ki, gələn il Azərbaycan bazarı üçün uğurlu olacaq. Yenioyunçuların bazara daxil olmasının şahidi olacağıq. Öz növbəmizdəMərkəzi Asiyadan şirkətləri buraya cəlb edərək, təcrübə vəbiliklərini bölüşməyə, tərəfdaşlar tapmağa kömək etməyə hazırıq. Butərəfdaşlıqlar fintexin və Azərbaycanda maliyyə xidmətləribazarının daha da inkişafına töhfə verəcək birgə şirkətlərinyaradılmasına imkan yaradacaq", – deyə O. Nasırov bildirib.