AZ

Annalena Berbok Çində diplomatik qalmaqalla üzləşdi – ÖZƏL

Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok Pekində Çin Xalq Respublikasının Xarici İşlər Naziri Van Yi ilə görüşündə səsləndirdiyi ittihamlarla ciddi tənqidlə üzləşib. 

Olaylar.az xəbər verir ki, Berbok Çin hökumətini Rusiyaya pilotsuz uçuş aparatları və silah yardımı göstərməkdə günahlandırıb, həmçinin Pekinin Avropanın maraqlarına zərər vurduğunu iddia edib.

Van Yi isə Almaniya nazirinin bu tənqidlərinə sakit şəkildə cavab verərək bildirib ki, fikir ayrılıqları əməkdaşlığa mane olmamalıdır. Bu, Berbokun səfərində yaranan gərginliyi azaltmaq məqsədi daşıyıb.

Almaniyanın Handelsblatt nəşrinin məlumatına görə, Berbok Ukrayna münaqişəsi ilə bağlı fikirlərini bildirdiyi zaman, tədbirdə iştirak edən alman jurnalistləri təhlükəsizlik xidməti əməkdaşları tərəfindən zaldan çıxarılıb.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Berbokun Kiyevə uzaq mənzilli silahların verilməsi ilə bağlı bəyanatını sərt şəkildə tənqid edərək, onu "ekstremist ksenofob" adlandırıb.

Pekində baş verən bu hadisə, Avropa-Çin münasibətlərində onsuz da gərgin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Van Yi isə çıxışlarında Çin və Rusiya arasındakı dostluq və əməkdaşlığın beynəlxalq sabitliyə töhfə verdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr