AZ

Arktika üç il ərzində tamamilə buzdan təmizlənə bilər

Arktika üç il ərzində tamamilə buzdan təmizlənə bilər ki, bu da planetin sakinləri üçün yeni dövr demək olacaq. Bu barədə Daily Mail alimlərin araşdırmalarına istinadən məlumat yayıb. Araşdırmalara görə, Arktikada buz örtüyü insanın sonrakı fəaliyyətindən asılı olmayaraq üç il ərzində əriyəcək.

Alimlər bu ssenariləri araşdıraraq müəyyən ediblər ki, bir sıra ekstremal hava hadisələri qısa müddətdə 1 milyon 200 min kvadrat kilometrdən çox buz əridib. Nəşrin məlumatına görə, iqlimin istiləşməsi buzların əriməsinə ciddi təsir göstərir. Beləliklə, 2022-ci ilin martında Arktikanın bəzi ərazilərində temperatur normadan 10 dərəcə yüksək olub.

Alimlər xəbərdarlıq ediblər ki, Arktika buzlarının yox olması və hava şəraitinin dəyişməsi Yerin ekosisteminə və iqliminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, buzdan təmizlənmiş Arktika İtaliyanın cənubunda temperaturun -20 dərəcəyə enməsinə və ya Skandinaviyada meşə yanğınlarına səbəb ola bilər.

Oxuməni.az

Seçilən
34
oxumeni.az

1Mənbələr