Noyabrda Rusiyada yeni minik avtomobillərinin satışı xeyli azalaraq,121,88 min ədədə düşüb.
Bu barədə “Avtostat” məlumat yayıb.
Ötən ayla müqayisədə avtomobil bazarının göstəriciləri üçdə bir (mənfi 28,8 faiz) azalıb.
Agentliyin eksperti Sergey Udalovun sözlərinə görə, oktyabr ayında minik avtomobillərinin satışı son 3,5 ilin rekordu qırıb.
"Noyabrın ilk həftəsi isə şok effekti yaratdı: oktyabrın ilk həftəsinə nisbətən mənfi 60 faiz", - ekspert bildirib.
“Avtodom” Şirkətlər Qrupunun baş direktoru Andrey Olxovski əlavə edib: "Əsas amil alıcılara avtomobil kreditlərinin verilməsinə məhdudiyyətlər, həmçinin Mərkəzi Bankın əsas faiz dərəcəsini artırmasıdır".
Noyabrda “Lada” satış lideri olub - rus markası bazarın 31 faizini tutub. İllik ifadədə satışlar 15,9 faiz artaraq 37,85 min ədədə, aylıq ifadədə isə 7,7 faiz azalıb. Ən populyar xarici avtomobillər Çin “Haval”ı olub (üstəgəl 7,1 faiz və 15,43 min ədəd).//Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta