Bakıda aptekə basqın edilib.
Hurriyyet.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən "Şəfa" aptekində qeydə alınıb. Naməlum şəxs bıçaqla aptekə girib və hədə-qorxu gələrək əczaçıdan 232 manat pul alıb. Daha sonra cinayətkar obyekti tərk edib.
Bu barədə zərərçəkən qadın əczaçı polisə müraciətində bildirib.
Müraciətlə bağlı polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində hadisəni törədən 38 yaşlı Adıgözəlov Nurlan İmran oğlu saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşaması məlum olub.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Lent.az