Bakıda quldurluq edən şəxs saxlanılıb
Bakıda quldurluq edən şəxs saxlanılıb.
Reyting.az xəbər verir ki, hadisə dekabrın 3-də saat 13:48-də Binəqədi rayonunda yerləşən “Şəfa” aptekdə qeydə alınıb.
Belə ki, aptekdə əczaçı işləyən 56 yaşlı Sevinc Qabulova polisə müraciət edərək, tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
Qadın qeyd edib ki, naməlum şəxs əlində bıçaqla işlədiyi aptekə daxil olub və hədə-qorxu ilə ondan 232 manat pul alaraq apteki tərk edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş şəxsin, 1986-cı il təvəllüdlü, əvvəllər CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuş Adgözəlov Nurlan İmran oğlu olduğu müəyyən edilib. O bu gün şübhəli şəxs qismində tutulub.
Faktla bağlıBinəqədi RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi (quldurluq-silah tətbiq etməklə) ilə cinayət işi başlanaraq istintaq aparılır.