Afrikada naməlum virusdan 140-dan çox insan həyatını itirib. Bu barədə “Reuters” məlumat yayıb.
Xəstəlik Konqo Demokratik Respublikasının Kvanqo əyalətinə yayılıb. Yoluxmuş şəxslərin simptomları qrip və Covid-ə bənzəyir, insanlar yüksək hərarət və şiddətli baş ağrısından şikayətlənirlər.
Həkimlərin heç biri nə diaqnoz qoya, nə də müalicə təyin edə bilməyib, insanlar öz evlərində ölüblər, ümumilikdə 143 nəfər naməlum virusun qurbanı olub, daha çox qadınlar və uşaqlar yoluxub.
Xəstəliyi öyrənmək və haradan qaynaqlandığını müəyyən etmək üçün əyalətə mütəxəssislər göndərilib. Xəstəliyə yoluxanların sayı artmaqda davam edir.
Almaz Həsənli