Lüksemburqun xarici işlər naziri Xavier Bettel Ukraynanın Şimali Atlantika Alyansına (NATO) üzvlüyünə qarşı çıxış edib. Bu barədə “Spiegel” xəbər verir. Dekabrın 3-də Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü zamanı Bettel Ukraynanın Alyansa qoşulması ideyasını dəstəkləməyib. O deyib ki, Ukraynanın NATO-ya üzvlüyü gərginliyi daha da artıracaq gətirəcəyinə inanıram.
Lüksemburq Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiyanın hücumuna məruz qalan ölkənin üzvlüyü dərhal növbəti münaqişələrə səbəb ola bilər. Eyni zamanda, nazir Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyib.
Oxuməni.az