AZ

Nazir: Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb

Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda hər iki yaşda uşaqdan birinin (1-5 yaş arası uşaqlar) məktəbəqədər təhsillə təmini hədəfdir: "Sovet dövründə bağçalarla təminat 10% olub. Hədəfimiz bunu 50 %-ə çatdırmaqdır".

Nazir deyib ki, 5 yaşda uşaqların məktəbəqədər siniflərə cəlb edilməsi də əsas məqsədlərdən biridir: "Əvvəlki illərlə müqayisədə bu göstəriciləri 30%-dən 90%-a çatdırmağa hazırlaşırıq. Hazırda uşaqların 80%-ə yaxını azı bir il məktəbəqədər təhsilə cəlb olunur".

Seçilən
15
7
aznews.az

9Mənbələr