AZ

"Group-IB": Banklar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir

Banklar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir.

"Report" xəbər verir ki, bunu Rusiyanın informasiya təhlükəsizliyi üzrə fəaliyyət göstərən "Group-IB" şirkətinin nümayəndəsi Pavel Krılov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Hazırda bütün dünyada banklar kibertəhdidlərlə üz-üzədir. Fırıldaqçılar müxtəlif üsullarla bank müştərilərinin vəsaitlərini ələ keçirirlər. Bunun qarşısını almaq üçün ilk növbədə banklar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir. Doğrudur, bu istiqamətdə bəzi çətinliklər var. Belə ki, onlar hansı məlumatların mübadilə edilib-edilməməsini müəyyən edə bilmirlər. Nəticədə banklar yaxşı təşkilatlanmış fırıldaqçılarla təkbaşına mübarizə aparmağa vadar olurlar. Odur ki, bu vəziyyəti dəyişdirmək məqsədilə bankların bir-biri ilə əməkdaşlığı çox mühüm əhəmiyyət kəsb edir", - o vurğulayıb.

Seçilən
12
far.az

1Mənbələr