Qroznıda partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Nəşr yazır ki, bu, dron hücumu cəhdi ola bilər.
Partlayış səhər saat 5 radələrində baş verib. Eyni zamanda, gecə saatlarında yerli hava limanında “Xalça” planı tətbiq olunub, nəticədə Moskvaya bir reys gecikib.
Hələlik rəsmi məlumat yoxdur.