Bakupost.az xəbər verir ki, saat 23:12-də 1985-ci il təvəllüdlü Pənahov Anar Əlirza oğlu “Volvo XC-90” markalı avtomobillə piyadanı vurub.
Belə ki, avtomobil yaş asfalt örtüklü yolda, piyada keçidi olmayan yerdə 1988-ci il təvəllüdlü Məmmədov Elvin Sahib oğlunu vurub.
Sürücü hadisə yerindən qaçıb. Piyada Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım xəstəxanasına çatdırılmasına baxmayaraq, ölüb.
Faktla bağlı cinayət işi başlanaraq, istintaq aparılır.