Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 180 m² olan obyektin (çayxana kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 120 m² sahədə, məişət əşyaları və 9 ədəd elektrik açarı yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, obyektin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətləb