Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2 milyon 412 min 160nəfər turist gəlib.
Bu barədə Trend Dövlət Turizm Agentliyindən məlumat əldəedib.
Məlumata görə, ölkəyə gələnlərin sayı əvvəlki ilin eyni dövrüilə müqayisədə 27,5% artıb. Belə ki, ötən ilin 10 ayındaAzərbaycana 1 milyon 892 min 165 nəfər turist gəlmişdi.
Məlumata görə, bu ilin yalnız noyabr ayında isə Azərbaycana 202440 nəfər turist gəlib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən19,5% çoxdur. Ötən ilin noyabrında bu göstərici 169 461 nəfərolub.
Rəsmi açıqlanan rəqəmlərə görə, cari ilin yanvar-noyabraylarında Azərbaycana gələnlərin böyük hissəsini Rusiya vətəndaşıolan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalıturistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7% və ya102 144 nəfər artaraq 679 903 nəfərə bərabər olub.
Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sıradatürkiyəli turistlər yer alıb. Onların sayı 13,8% və ya 47 301 nəfərartaraq 389 173 nəfərə çatıb.
Üçüncü yei 214 669 nəfər turist ilə Hindistan vətəndaşlarıtutur. Hindistanlı turistlərin sayı ötən ilin müvafiq dövrü iləmüqayisədə 115% və ya 114 891 nəfər artıb.