“Pepsi” estetik və funksionallığı birləşdirən yeni məhsulunu təqdim etdi.

İndex.az xəbər verir ki, İspaniyada istehsal olunan “Pepsi Ring” içki qutularını açarkən manikürünü qorumaq istəyənlər üçün nəzərdə tutulub.

İçərisində xüsusi konserv açma mexanizmi olan üzük dırnaqların qırılmasının qarşısını almaq məqsədi daşıyır.

925 əyar gümüşdən hazırlanmış və ağ sirkon daşları ilə bəzədilmiş bu üzük “Long Play Jewels”, Lúcid dizayn studiyası və PS21 yaradıcı agentliyi ilə əməkdaşlıqda hazırlanıb. Üzüyün altındakı gizli açar istifadəçiyə qutunun qapağını asanlıqla qaldırmağa imkan verir.