Yalnız ilk turda “Qarabağ”a uduzan “qırmızı-ağlar” ondan sonra göstərdiyi nəticələrlə ağdamlıları addım-addım izləyir. Bu “qaçdı-tutdu”nun nə vaxta qədər davam edəcəyi hər kəsdə maraq doğurur.
“Football-plus.az” “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubova bu suallarla müracət etdi: “Hazırda komandanız "Qarabağ"a çempionluq yolunda mane ola biləcək yeganə rəqib kimi görünür. Bu məqamın fərqindəsizmi? Qışda yeni transferlər etməklə mövsümün sonuna qədər "Qarabağ"a muqavimət göstərə bilərsizmi?”
Yusubovun cavabı:
"Təbii ki sevinirik, mövsümdən əvvəl qarşımıza məqsəd qoymuşduq ki, rəqabətədavamlı komanda yaradaq. Heyəti gücləndirməklə bağlı işlər görüləcək, xüsusilə də hücum xəttinə bir futbolçunun cəlb olunması əsas məqsədimizdi. Ancaq xüsusi məqsədimiz yoxdu ki, hansısa komandanı izləyək və ya rəqabət aparaq. Bu gün ölkəmizi layiqincə təmsil edən "Qarabağ"la 1-2-ci yerləri bölüşürüksə, o demək deyil ki, sadəcə, bu nəticə üçün mübarizə aparırıq. Hələ qarşıda 21 tur var, turnir cədvəlində çox şey dəyişə bilər. İnanın ki, biz ancaq oyunlara köklənmişik, belə şeylərə fikir vermirik. Bizim üçün əsas məqam hər oyunda qələbə qazanmaqdı".
AYGÜN MİRZA