AZ

Cənubi Qafqazda hərbi-siyasi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib

Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib. Həmçinin sərhəddə tunellər və mühəndis istehkam işləri aparır. Gürcüstanda etiraz aksiyalari və Qərbin burada hökuməti devirmək plani N. Paşinyanı Azərbaycanla sülh danışıqlarında belə bir mövqe tutmasına səbəb ola bilər. Avropa İttifaqı xüsusilə Fransa aktiv şəkildə prezident S. Zurabaşvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər, inqilab olub, Qərb yönümlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər.

Məhz Ermənistanın silahlanmasını, bu kontekstdə dəyərləndirmək olar. Çünki Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək və Azərbaycana təzyiqlər etmək üçün N. Paşinyanı müharibəyə sövq etməsi istisna deyil. Təbii ki, N. Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedərsə, Fransanın regional siyasətinə zərbə vurması mümkündür. Burada qazanan tərəf Ermənistan ola bilər. Azərbaycanla sülh müqaviləsi bağlanması bu ölkənin Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq. Nəticədə Ermənistan regional inteqrasiyaya cəlb olunmaqla, normal bir ölkəyə çevrilməsi mümkündür. Məhz N. Paşinyan hazırkı Ermənistanı normal bir ölkə kimi qəbul etmədiyini və real bir yeni Ermənistan yaratmaq planını daima vurğulayır. Ermənistan hərbi təxribatlara əl atarsa, bu Ermənistanın yeni ərazilər itirməsinə gətirib çıxara bilər.

Cənubi Qafqazda siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib. Gürcüstan hökumətinin məntiqsiz qərarları etiraz aksiyalarının başlanmasına katalizator rolunu oynadı. Kiçik və əraziləri işğal altında, heç bir müttəfiqi olmayan Gürcüstan hökumətinin regional güc kimi mövqe ortaya qoyması, Tiflisi qarşıdırır və özlərinin devrilməsi ilə nəticələnə bilən proses başladı.

Qeyd edim ki, Cənubi Qafqazda yeganə güc Azərbaycandır. Qərbdə rəsmi Bakı ilə hesablaşır. Gürcüstan hökuməti Azərbaycan hakimiyyətinin apardığı siyasət kimi, siyasət aparmaq gücündə deyil.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini, siyasi ekspert

visiontv.az



Seçilən
6
1
visiontv.az

2Mənbələr