AZ

Rusiya bazasına 30 kilometr qaldı - Suriya müxalifəti irəliləyir

Bəşər Əsəd rejimi müxalif qüvvələrin qarşısnı ala bilmir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Suriya müxalifəti iki strateji istiqamətdə irəliləməkdə davam edir. Bunlardan biri ölkənin şimal-şərqində yerləşən Mənbic şəhəridir. Müxalif qüvvələr bu şəhər və onun ətrafındakı kürd terrorçularına - PKK və PYD-nin silahlı birləşmələrinə qarşı savaşır.

İkinci istiqamət isə cənubda, Dəməşqə gedən yolda yerləşən Həma şəhəridir ki, buraya da tam nəzarət etmək məqsədi ilə hərbi əməliyyatlar davam etdirilir.

Artıq kürd terrorçu qüvvələrinə Mənbici döyüşsüz təslim etmək üçün ultimatum verilib. Bu tələb yerinə yetirilməsə, bir neçə saatdan sonra burada Suriya müxalifətinin hərbi əməliyyatı başlayacaq.

Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriya Milli Ordusunun (SMO) döyüş bölmələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin dərinliklərinə - Rusiyanın Xmeymim aviabazasına doğru irəliləyərək əhəmiyyətli uğurlar əldə edib. Son məlumatlara görə, cəbhə xətti rus bazasının 30 kilometrliyinə qədər yaxınlaşıb. 

Beləliklə, Xmeymim aviabazası müxalif qrupların əsas hədəflərindən birinə çevrilib. Rusiyanın 2015-ci ildən Bəşər Əsədi dəstəkləmək üçün istifadə etdiyi baza Moskvanın Yaxın Şərqdəki strateji təsirinin mühüm elementidir. Son günlər rusların mərhələli şəkildə Suriyadakı bazalarını tərk etməyə başladığı barədə məlumatlar yayılır.

“AzPolitika.info” 

Seçilən
84
azpolitika.info

1Mənbələr