Son günlərdə Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardininin müqaviləsinin dondurulacağı iddia olunur.
“Cebheinfo.az” xəbər verir ki, klub prezidenti Dursun Özbek sözügedən iddiaları təkzib edib. O, İkardinin “Qalatasaray” üçün çox önəmli olduğunu vurğulayıb:
“Mauro İkardinin “Qalatasaray” üçün nə ifadə etdiyini hamı bilir. O, həm klubumuz, həm də Türkiyə üçün ikona çevrilib. İkardinin müqaviləsinin dondurulacağı iddialarını “Qalatasaray”a zərər vermək istəyənlər ortaya atırlar. “Qalatasaray” İkardinin müqaviləsini donduracaq qədər vəfasız deyil”.