AZ

FHN Akademiyasında Azərbaycan dilinin inkişafına dair tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və FHN Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və inkişafına dair tədbir keçirilib.

 

Tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşları, FHN Akademiyasının professor-müəllim və kursant heyəti, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd Azərbaycan dilinin qloballaşan dünyada müasir problemləri və gələcək inkişaf perspektivləri, dilin norma və qaydalarının tələblərinin düzgün tətbiqi məsələlərinin müzakirəsi olub.

 

Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə ana dilimizin inkişafı məsələləri daim dövlət səviyyəsində diqqət mərkəzində saxlanılıb. Qeyd edilən mütərəqqi yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu çərçivədə cənab Prezidentin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın əhəmiyyətindən danışılıb və diqqətə çatdırılıb ki, sözügedən tarixi sənədin tətbiqi Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində mühüm hadisə olub.

 

Tədbirdə iştirakçılara Azərbaycan dilinin inkişaf tarixi, zamanın tələblərinə uyğun zənginləşməsi və bu zaman qarşıya çıxan problemlər, həmçinin Fövqəladə Hallar Nazirliyinin kommunikasiya fəaliyyəti və bu fəaliyyət zamanı dildən istifadənin norma və prinsipləri haqqında geniş məlumat verilib.

Seçilən
4
qht.az

1Mənbələr