"Çelsi" klubunun hücumameyilli yarımmüdafiəçi Mixail Mudrik yanvardakı transfer pəncərəsində klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Caught Offside"yə istinadən xəbər verir ki, "Barselona" oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Kataloniya klubu Mudriki mövsümün sonuna qədər icarəyə götürməyə hazırdır.
Bu mövsüm ukraynalı "pensiyaçılar"ın heyətində 16 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.