Rus qadınları daha tez-tez ərlərini müharibəyə göndərmək üçün yollar axtarmağa başlayıblar.
İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, rus qadınlar ərini müharibəyə necə göndərmək barədə Google-da tez-tez axtarış edirlər.
2024-cü ildə rus qadınları arasında ərini cəbhəyə göndərmə yolları ilə bağlı məlumatlara maraq may ayından avqust ayına qədər bu cür sorğuların sayı 15 dəfə artıb.
Belə ki, bu ilin iyul ayında belə müraciətlərin sayı 3,5 min, avqustda isə 4,2 min olub.
Statistikaya görə, 2023-cü ilin iyul ayına qədər heç kim internetdə belə məlumat axtarmayıb. Məhz yaz və yayın sonlarında regionlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan könüllülərə ödənişləri artırmağa başlayıblar.
Xuraman Etibarlı
İnterpress.az