AZ

Juninyo ilin ən yaxşı bombardirləri siyahısında yer aldı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytında 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuran oyunçuların siyahısı dərc olunub.

Cədvəldə milli və klubda ümumilikdə 26 və daha çox qol vuranlar yer alıb. “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da ən yaxşılar arasındadır. Braziliyalı forvard il ərzində 26 qola imza atıb. Juninyo 10 dəfə Misli Premyer Liqasında, 5 dəfə Azərbaycan Kubokunda, 11 dəfə isə avrokuboklarda rəqib qapılarına yol tapıb.

O, 54 futbolçunun olduğu siyahıda 45-ci sırada göstərilsə də, digər 9 oyunçu da 26 dəfə fərqlənib. Onların arasında ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Luis Suares və İngiltərə təmsilçisi "Çelsi"dən Koul Palmer də var.

Siyahıya isə Viktor Qyokereş başçılıq edir. İsveç millisinin və “Sportinq”in hücumçusu artıq 59 qol vurub. Erlinq Holand (Norveç, “Mançester Siti”) 47 qolla ikincidir. İngiltərə millisinin və “Bayern Münhen”in əsas silahı Harri Keyn 46 dəfə fərqlənib.

Seçilən
34
5
fanat.az

6Mənbələr