“Ukrayna Rusiyanın işğal etdiyi ərazilər olmadan da NATO-ya qəbul oluna bilər”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
O, bildirib ki, Ukraynanın indiki vəziyyətdə alyansa qəbul olmsı mümkündür, keçmişdə Qərbi Almaniya nümunəsi var.
Onun sözlərinə görə, bu, yalnız münaqişə bitdikdən sonra baş verə bilər.
Tsahkna qeyd edib ki, biz Ukraynanı sona qədər dəstəkləməliyik.
Daşqın HəsənovMissiya.Az