Şuşa. Trend:
İslam ölkələrinin "Gənclər Paytaxtı" olan Şuşa şəhərində "ŞuşaYaradıcılıq Emalatxanası" çərçivəsində təlim keçirilib.
Trend xəbər verir ki, təlimçiİbrahim Eyyublu fərqli ölkələrdən 14 iştirakçıya çarığınhazırlanmasına dair təlim keçib.
Təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsiçarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.
Təlimdə Qarabağ Universitetinin və Bakı Musiqi Akademiyasınıntələbələri eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan vəMərakeşdən olan könüllülər iştirak edib. Dekorativ əl işləri hazırolduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.
Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri bu günbaşa çatır.