Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.“Qafqazinfo” xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.Onların 4 azyaşlı övladının olduğu bildirilir.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta