AZ

İranda 20 milyondan çox türk üçün ümummilli türk radiosu yaratmağa imkan vermədilər

İran Radio və Televiziyasının keçmiş rəhbəri İzzətullah Zərqəmi İranda türklər üçün radio yaratmağa icazə vermədiyini bildirib.

Bu barədə o yerli televiziyaya müsahibə verib: “Türk dilli əyalət radioları ilə yanaşı, yeni ümumilli türkcə radio açmağa qərar vermişdim. Çox faydalı və təsirli olacağına inanırdım. Bəzi cənablar bununla razılaşmayaraq dedilər ki, milli dilimiz fars dilidir və başqa dildə ümummilli radio açılmamalıdır. Mən məsələni inqilab rəhbərinin qarşısında qaldırdım. Dedilər ki, nə razıyam, nə də razı deyiləm. İki nəfərlə, cənab Mirhüseyn Musəvi və Əli Əbdül Əlizadə ilə məsləhətləşin. Hər iki şəxslə məsləhətləşdim və hər ikisi bu planı müsbət qarşıladı. Mən Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi ilə əlaqə saxladım, bir neçə görüşdə lazımi izahatlar verdim. Əvvəlcə razılaşdılar. Amma cavablarını o qədər gecikdirdilər ki, məsələ təxirə düşdü."

Qeyd edək ki, İranda əhalinin önəmli  hissəsini təşkil edən türklər ana dilində təhsil almaq kimi ən sadə insani haqlardan hələ də məhkumdurlar.

visiontv.az



Seçilən
13
1
visiontv.az

2Mənbələr