“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında münasibətlərin formatı rəsmi İrəvanın öz qərarıdır. Bizim Ermənistan qarşısındakı bütün öhdəliklərimiz qüvvəsində qalır”.
APA-nın məlumatına görə, bunu təşkilatın xətti ilə keçirilən videokonfransda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib:
“Bizim müttəfiqimiz olan Ermənistanın qarşısındakı öhdəliklərimiz dəyişməz olaraq qalır. Rəsmi İrəvan istədiyi vaxt təşkilatın fəaliyyətində hərtərəfli iştirakını davam etdirə bilər”.