Rıza Salehi Əmiri: orta yaş həddi yüksək olan 130 təyyarə ilə turizmi inkişaf etdirmək mümkün deyil.
Nazir bu təyyarələrin15 milyon turist üçün kifayət etmədiyini açıqlayıb və əlavə edib: Turizm sənayesinin inkişafı üçün daha çox aviasiya imkanlarına və xarici hava yollarının İrandakı fəaliyyətinə ehtiyacımız var.
Nazir keçən il İrana 6 milyon 382 min turist gəldiyini bildirib. O, əcnəbi turistlərin hansı ölkələrdən olduğunu açıqlamayıb, ancaq İran rəsmiləri daha əvvəl İranın xarici turistlərinin yarısının iraqlı olduğunu bildirmişdilər.
visiontv.az