AZ

ABŞ İran neftinin qaçaqmalçılığına görə sanksiyalar tətbiq etdi

İran neftinin xarici bazarlara qeyri-qanuni nəqlində mühüm rol oynayan 35 qurum və gəmiyə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilib.

 Bəyanatda qeyd edilir ki, bu İranın 2024-cü il oktyabrın 1-də İsrailə hücumundan, eləcə də nüvə fəaliyyətinin intensivləşməsindən sonra baş verir.

 ABŞ Maliyyə Nazirliyiı bəyan edib ki, neft gəlirləri İran rejimini nüvə proqramını maliyyələşdirmək, qabaqcıl pilotsuz uçuş aparatları və raketlər hazırlamaq üçün xərclənir, regional proksi qüvvələrin terror fəaliyyətləri resurslarla təmin edir.

"İran sənədləri saxtalaşdırmaq, gəmi izləmə sistemlərində dəyişiklik etmək, gəmilərin adlarını və bayraqlarını daim dəyişmək kimi taktikalardan istifadə edərək neftini xarici müştərilərə ötürmək üçün geniş tankerlər şəbəkəsinə və dəniz nəqliyyatını idarə edən şirkətlərə arxalanır",- nazirliyin bəyanatında bildirilib.

visiontv.az



Seçilən
7
visiontv.az

1Mənbələr